"Falcon 9" raketi ABŞ Milli Aerokosmik Kəşfiyyat İdarəsinin maraqlarına uyğun olaraq yanvarın 10-da daha bir peyk qrupunu orbitə göndərəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.
Məlumata görə, kəşfiyyat peyklərinin növbəti partiyasının Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılması planlaşdırılır.