Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərini intensiv şəkildə atəşə tutur.
Teleqraf.com xəbər verir ki, bu barədə Pokrovsk şəhər hərbi administrasiyasının rəhbəri Sergey Dobryak məlumat verib.
Onun sözlərinə görə, şəhər işıq, qaz və su təchizatından məhrumdur:
“Hazırda Rusiya qoşunları şəhərdən üç kilometrdən az məsafədədir. Atəşlə bağlı vəziyyət getdikcə pisləşir, tez-tez baş verir, xüsusən də artilleriya və PUA-lar bezdiricidir. Şəhərdə elə bir yer yoxdur ki, artilleriya və ya pilotsuz təyyarələr tərəfindən vurulmasın”.
Dobryak qeyd edib ki, hələ də şəhərdə 7200 nəfər qalır: “Sakinlərin təxliyəsi davam edir, amma artıq evakuasiya toplanma məntəqələri yoxdur”.