Azərbaycan milli komandasının sabiq futbolçusu Amil Yunanov II Liqada mübarizə aparan “Şəfa” klubu ilə müqavilə bağlayıb.
Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 1,5 illik sözləşməyə imza atıb. Omövsümün əvvəlində çıxış etdiyi Albaniyanın “Bilis” klubundan azad agent kimi transfer olunub.
Qeyd edək ki, 2024/2025 mövsümünün sentyabrında “Bilis”də cəmi 1 oyuna çıxan Amil Yunanov ay yarım sonra geri qayıtmışdı. “Turan Tovuz”un yetirməsi karyerası boyunca “Kəpəz”, “Səbail”, “Şamaxı”, “Sumqayıt”, “Keşlə”, “Qəbələ” və “Rəvan”da çıxış edib. O, Azərbaycan Premyer Liqasının bombardiri olub.