Ötən il Azərbaycana humanitar yardım artıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycana 97 013.89 min dollarlıq humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə idxal olunub.
Bu, 2023-cü illə müqayisədə 36,5 min dollar çoxdur.
Qeyd olunan dövrdə bu məhsulların ixracında isə azalma olub. Belə ki, 2024-cü ildə 2023-cü illə müqayisədə 14,5 min dollar az - 4 580.25 min dollarlıq belə məhsullar ixrac olunub.