Bələdiyyə seçkilərində 29 min 172 nəfər ilk dəfə səs verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçki günü 153 nəfərin 18 yaşı tamam olacaq və onlara xüsusi seçici kartları veriləcək.