Belarus dövlət sərhədində vəziyyət hələ də gərgin olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sərhədlərdə vəziyyət çətindir, artıq bu barədə danışmışıq və danışırıq. Bu gün sərhədçilərdən əlavə, gömrükçülər də kifayət qədər işlə məşğuldurlar, xüsusən keçid məntəqələrində”, - o qeyd edib.