30 Yanvar 14:48
224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin fəaliyyəti araşdırılıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani qeyri-gürcüdilli qəzetlərin rəhbərliyi və redaksiya heyətləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, araşdırmanın məqsədi “Gürcüstan” və ermənidilli “Vrastan” qəzetlərinin inkişaf etdirilməsinə töhfə verməkdən ibarət olub. Dövlət naziri qeyd edib ki, müstəqil araşdırma təşkilatının hazırladığı tövsiyələri qəzetlərin redaktorları gələcək fəaliyyətin tələblərə daha yaxşı uyğun olması üçün diqqətə almalıdırlar.

Bildirilib ki, dövlət naziri aparatı bundan sonra da milli azlıqların dillərində nəşr olunan mətbu orqanlara dəstək verməyə hazırdır.
Qeyd edək ki, “Gürcüstan” qəzetinin bu il 104 yaşı tamam olur. Qocaman mətbu orqanının ilk sayı Tiflisdə 1921-ci ilin martında işıq üzü görüb. Nəşr 1990-cı ilə qədər “Sovet Gürcüstanı” adı ilə çıxıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər