“Gürcüstan Azərbaycanla Ermənistana sülh sazişinə nail olmaq və bölgəmizdə əmin-amanlığın bərpası üçün kömək əlini uzatmağa hazırdır”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda jurnalistlərə açıqlamasında deyib.
O, regionda sabitliyin əldə olunmasının vacibliyini vurğulayıb.
“Bu, daha çox regional layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsinə, bölgəmizin potensialından daha yaxşı istifadə olunmasına töhfə verəcək”, - XİN başçısı əlavə edib.