Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin səyyar hospitalının hərbçiləri ABŞ ilə əməkdaşlıq çərçivəsində Almaniyada keçirilən “Birgə Qərar 2025” çoxmillətli təlimlərində iştirak edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimlər Almaniyanın Hoffenhaym şəhərindəki ABŞ bazasında keçirilir.
Hərbi hospitalın şəxsi heyəti ABŞ Milli Qvardiyasından olan həmkarları ilə birlikdə çətin şəraitdə yaralıların prioritet təyin etmə sistemi, təcili yardım, cərrahi müdaxilə və sonrakı prosedurların icrası ilə bağlı təlimlər həyata keçiriblər.
"Təlimlərin məqsədi xəstəxana personalının bacarıqları, çətin şəraitdə səmərəliliyinin artırılması və çoxmillətli mühitdə tibbi yardımın göstərilməsində qarşılıqlı fəaliyyət praktikası qazanılmasıdır”, - açıqlamada deyilir.