12:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Barselona" klubunun gənc futbolçusu Lamin Yamal tarixi uğura imza atıb.

Teleqraf.com xəbər verir ki, La Liqanın XXII turunda "Alaves"lə oyunda (1:0) Kataloniya klubunun 17 yaşlı futbolçusu 11 uğurlu driblinq (21 cəhddən) etməklə buna nail olub.

Bu göstərici ilə La Liqada "Barselona"nın futbolçusu arasında rekord müəyyənləşdirib. Beləliklə, Yamal Lionel Messinin nailiyyətini geridə qoyub. 2007-ci ildə 20 yaşlı argentinalı “Mallorca” ilə oyunda (1:0) 10 uğurlu dribling (20 cəhddən) tamamlamışdı.

Qeyd edək ki, cari mövsüm Yamal bütün turnirlərdə 10 qol vurub və 15 məhsuldar ötürmə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər