"Çelsi"nin ingilis futbolçusu Ben Çilvell mövsümün qalan hissəsini Londonun başqa komandasında keçirəcək.
Teleqraf.com “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, “mavilər” 28 yaşlı oyunçunu “Kristal Pelas”a icarəyə verib.
Sol cinah müdafiəçisi bu gün İngiltərədə qış transfer pəncərəsinin bağlanacağı üçün London klubunda tibbi müayinədən keçməlidir.
Qeyd edək ki, Çilvell Liqa Kubokunda “Barrou” üzərində 5-0 qalib gəldikləri oyunda cəmi 45 dəqiqə oynadı. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə "Çelsi"nin heyətində 21 matçda iştirak edib.