13:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası üzvlərinin əksər hissəsi Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumun əleyhinədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Nəşr yazır ki, “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq:

“Parlamentin Avropa İnteqrasiya Komitəsi layihəyə müsbət rəy versə və Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan hakim komandanın layihənin xeyrinə səs verəcəyini bəyan etsə də, “Avroreferendum” artıq partiya daxilində ziddiyyətlər yarada bilib.

“Vətəndaş Müqaviləsi”indəki mənbəmizin sözlərinə görə, hakim partiyanın bəzi deputatları layihənin qəbulundan sonra ciddi problemlərin yaranacağını, Rusiyanın Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması məsələsini gündəmə gətirəcəyi və bunların ölkənin siyasi-iqtisadi süqutu ilə nəticələnəcəyini düşünürlər.

Bu günlərdə partiya daxilində müzakirə gedir, bir çoxları referendumu təxirə salmağı, bütün halları ölçüb-biçməyi, sonra onun ratifikasiyasına keçməyi təklif edirlər.

Paşinyan partiyadaxili müzakirələrdən xəbərdardır, o, “Vətəndaş Müqaviləsi” necə qərar verərsə, bunu qəbul edəcəyini, amma komandadankənar fəaliyyət göstərənlərin ən ağır şəkildə cəzalandırılacağını qətiyyətlə bildirib. Paşinyan hazırda ABŞ-dədir, qayıtdıqdan sonra həftəsonu parlamentin iclası çağırılacaq və orada qanun layihəsi müzakirə olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər