Paytaxtın Yasamal və Nəsimi rayonlarında, həmçinin Sumqayıt şəhərində 3 nəfərin ümumilikdə 4080 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 58 yaşlı R.Tanrıverdiyev, 42 yaşlı V.Mirzəyev və 28 yaşlı Ə.Əsədzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.