12:17
255
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağıstanlılarla müharibəyə hazırıq".

Teleqraf.com xəbər verir ki, bunu keçmiş ikiqat UFC çempionu Konor Makqreqor sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

İrlandiyalı idmançı sabiq UFC döyüşçüsü Həbib Nurməhəmmədovu sərt tənqid edib:

“Həbib gənc idmançılarının “millətə qarşı millət” kontekstində yarışdığını deyib, ona görə də indi onun özünün və qohumlarının uşaqları bu döyüşün hədəfinə çevrilir. Necə ki, mənim öz gözəl və sağlam övladlarım kimi. Biz bu müharibəyə hazırıq. İrlandiyalı döyüşçülər dağıstanlıları üstələmək üçün inadla məşq edirlər. Hamını inandıra bilərəm ki, bu müharibə heç vaxt bitməyəcək".

Xatırladaq ki, bu yaxınlarda "Bellator"un titul döyüşündə Həbibin qardaşı Usman Nurməhəmmədov irlandiyalı Pol Hyuza qalib gəlmişdi. Görüş mediada UFC-də Həbib və Makqreqor arasındakı qarşıdurmadan sonra Dağıstan və İrlandiya arasında olan ikinci döyüş kimi təsvir edilib.

Qeyd edək ki, Həbib Nurməhəmmədovla Konor Makreqor 2018-ci ildə rinqdə üz-üzə gəlib. Rusiya təmsilçisi IV raundda rəqibini boğucu fəndlə məğlub edib.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər