Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Teleqraf.com xəbər verir ki, hərracda tələb 52,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Bundan öncəki - 30 yanvarda keçirilən hərracda dollara tələb 47,4 milyon ABŞ dolları təşkil emişdi.
Bu ilin yanvar ayında Mərkəzi Bankın hərraclarında banklara 498,8 milyon dollar satılıb.