15:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən fevralın 5-dən 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik.

Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər