15:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayonu ərazisində “Ford” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 30 yaşlı Y.Abbasov avtomobillə birgə Saray qəsəbəsi ərazisində saxlanılıb.

Bundan başqa Abşeron rayonu ərazisində isə “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaqda şübhəli bilinən 21 yaşlı Y.Hüseyn polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər