Beynəlxalq Hokkey Federasiyası (IIHF) Rusiya yığmasını 2026-cı il dünya çempionatına buraxmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar IIHF Şurasının İsveçrədəki iclasında qəbul olunub.
DÇ-2026 İsveçrənin Sürix və Friburq şəhərlərində keçiriləcək. Qonşu ölkə yığması mayda İsveç və Danimarkada təşkil olunacaq gənclər arasında dünya çempionatını da buraxmalı olacaq.
Qeyd edək ki, Rusiya millisi 2022-ci il dünya çempionatına da buraxılmayıb. Kənarlaşdırma cəzasınadək bu komanda Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edərək gümüş medal qazanıb. Rusiyanın 2026-cı il Milan Qış Olimpiya Oyunlarına buraxılıb-buraxılmamasına dair rəsmi qərar isə bu il fevral-mart aylarından tez qəbul olunmayacaq.