İtaliya "Yuventus"unun futbolçusu Nikolo Facoli karyerasını "Fiorentina"da davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, Florensiya təmsilçisi 23 yaşlı yarımmüdafiəçini satın alma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Nikolo Facoli yetirməsi olduğu komanda ilə bu mövsüm 22 oyunda 1 məhsuldar ötürmə edib. O, İtaliya milli komandasının üzvüdür.