14:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni transferi Con Duran maraqlı qərar verib.

Teleqraf.com "Mirror" nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı hücumçu sevgilisinə görə yaşayış yeri kimi Bəhreyni seçib. 23 yaşlı futbolçu "Əl-Nəsr"in məskunlaşdığı Ər-Riyad şəhərindən təxminən 482 km uzaqda yaşayır. O, hər dəfə klubun bazasına gedib-gəlmək üçün təyyarə ilə 1 saat 20 dəqiqəlik vaxt sərf edir.

23 yaşlı futbolçunun bunu etməsinə səbəb Səudiyyə Ərəbistanında nikahsız birgə yaşayışa icazə verilməməsi ilə bağlıdır.

Xatırladaq ki, daha əvvəl Stiven Cerrard və Cordan Henderson da Səudiyyə Ərəbistanında oynamalarına baxmayaraq, Bəhreyndə yaşayıblar. Səudiyyə Ərəbistanı dövləti bir neçə futbolçuya nikahsız birgə yaşayışa icazə verib. Bunlardan biri də Duranın komanda yoldaşı Kriştianu Ronaldudur.

Qeyd edək ki, Con Duran "Əl-Nəsr"ə 70 milyon funt sterlinq qarşılığında İngiltərənin "Aston Villa" klubundan keçib.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər