27 Oktyabr 2020 15:54
3 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müharibə aparmaq gücündə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi jurnalist Rəşad Süleymanov deyib.

O, işğalçı qüvvələrin ciddi problemlərlə üzləşdiyini bildirib: “Sosial şəbəkələrdə yayılan işğal altındakı Azərbaycan ərazilərindəki erməni hərbçilərinin görüntülərinə baxıram. Ayaqyalın, geyimsiz, ac qalmış, masasında yavan çörəkdən başqa bir şey olmayan erməni əsgərləri var. Sifətlərində narazılıq aydın görünür.

Texniki imkanlardan 70-80 faiz məhrum olan, canlı qüvvədə çoxsaylı tələfat verən düşmən fiziki və psixoloji cəhətdən yorulub. İndi də aclıq, təminatın yetərsizliyi, mühasirə vəziyyətinin yaranması düşmən ordusunda nə qədər sərt cəza tədbirləri tətbiq olunmasına baxmayaraq ajiotaja, panikaya yol açır. Əlbəttə, ac qılınca çapar. Ac qalmış, təminatı olmayan əsgər nə düşünə bilər? “Bizi satdılar”. “Bizi qəsdən qırğına göndərirlər”, “Tüpürüm bunlara!” “Rədd olsunlar!”, “Çıxaq aradan!”…

Ermənistandan gətirilmiş qocalar, cavanlar əlində silah düşəcəklər kəndlərdə qalmış erməni əhalinin canına. Mülki əhalinin sonuncu çörəyini əlindən alacaq, evləri qarət edəcəklər. Başlayacaqlar quldurluğa. Etiraz edənləri silahla təhdid edəcək, öldürəcəklər. Bu, təbii prosesdir, təbii qanunauyğunluqdur. Ermənistandan gələnlər arasında bunları müşahidə etməyimizə az qalıb. Çünki müharibənin hər günü onlarla milyon dollar xərclər, yüzlərlə, minlərlə insan itkisi deməkdir. Ermənistanın bunu qarşılayacaq nə imkanı, nə də canlı qüvvəsi var.

Hələ bunun müharibədən sonrası necə olacağını, 100 minə yaxın qaçqının necə saxlanacağını demirəm. Hələ görəcəkli günləri qabaqdadır”.


Müəllif: Mənsur Rəğbətoğlu