5 Noyabr 2020 14:28
4 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ziyalıları və siyasi qüvvələri müharibənin hakimiyyət və cəmiyyət daxilində yaratdığı fikir ayrılıqlarını aradan götürməyə çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Dağlıq Qarabağda davam edən döyüşlərin Ermənistanın ictimai-siyasi həyatında ciddi parçalanma və fikir ayrılıqlarının yaratdığını etiraf edib:

“Təxminən on yeddi ziyalı Baş nazir Nikol Paşinyan və xalqa müraciət edərək onları bütün fikir ayrılıqlarından imtina etməyə və erməni xalqının qələbəsinə nail olmaq üçün addımlar atmağa çağırıb”.

Ziyalılar baş nazirə pərakəndliyi aradan qaldırmaq üçün xüsusi bir hərbi-siyasi qurumun yaradılmasını təklif ediblər.

Xatırladaq ki, bir neçə həftə əvvəl Ermənistanda 16 parlamentdən kənar partiya da hərbi-siyasi qərargahın yaradılması təklifi ilə çıxış etmişdilər. Lakin bu təklif hələ də cavabsız qalır. Bu prosesdə “Daşnaktsütyun” Partiyası lokomotiv rolunu oynasa da, bu yöndə bir sıra görüşlər keçirilsə də, ölkə rəhbərliyi və müxalifətin əsas siyasi qüvvələri buna qoşulmaqdan imtina ediblər. Təklif olunan məsələlər, o cümlədən Dağlıq Qarabağda Ermənistanın əleyhinə çevrilən durumla bağlı tərəflər arasında yekdil mövqenin olmadığı bildirilib.

Keçmiş hakim partiya Respublikaçının mətbuat katibi Eduard Şarmazanov belə bir birliyin və səfərbərliyin mümkün olmadığına diqqət çəkib. Parlamentdəki “Çiçəklənən Ermənistan” fraksiyası isə Qarabağdakı məğlubiyyətə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər