“Ermənistan və Azərbaycan tərəfləri arasında hərbi əsirlərin mübadiləsi prosesi “hamının hamıya” prinsipinə uyğun həyata keçirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
“Yalnız müharibə zamanı deyil, həm də müharibədən əvvəl tutulan şəxslər haqda danışmalıyıq. Elə mexanizmlər yaratmaq lazımdır ki, gələcəkdə yeni adlar bilinsə, o zaman onların dəyişdirilməsində problem yaranmasın”, - Paşinyan bildirib.