Dağlıq Qarabağa 36 mindən artıq erməni qaçqın qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.
“Humanitar tədbirlər sayəsində 36 mindən çox qaçqın təhlükəsiz şəkildə öz evlərinə qayıdıb”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, son bir sutka ərzində Ermənistandan Qarabağa 1136 erməni qayıdıb.
Əlavə olunur ki, sülhməramlılar döyüşlər zamanı sıradan çıxan infrastrukturun bərpasına kömək edirlər.