Müharibənin qarşısını almaq olardı. Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan siyasi hakimiyyəti səhv siyasət yürütdü.
Teleqraf.com xəbər verir ki, bunu Qarabağda azərbaycanlılara qarşı hərbi cinayətlərdə və soyqırımıda fəal iştirak edən general Vitali Balasanyan deyib.
O, iddia edib ki, Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Qarabağdakı saxta və qurma separatçı rejim öz siyasətini aparmalı idi:
“Əlbəttə, Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə əməkdaşlıq və koordinasiyalı formada. Bunu edə bilmədik. 2020-ci il “seçkilərindən” sonra Xankəndinin subyektivliyi problemi var. Ermənistan hakimiyyəti bu mövzuda “Dağlıq Qarabağın” yer alması üçün hər şey etməli idi. Ermənistan tərəfindən strateji tərəfdaşı olan Rusiya və İranla çevik siyasət yürütməsi lazım idi. Amma bunu edə bilmədik. Bu məsələdə Ermənistan siyasi rəhbərliyinin böyük məsuliyyəti var”.
Hərbi cani əlavə edib ki, baş verənlərdən nəticə çıxarmaq lazımdır: “Nəticə çıxarmalı, Ermənistan və Rusiya ilə hərbi-siyasi subyekt kimi əməkdaşlıq etməliyik”.