11 Yanvar 2021 10:27
6 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan liderləri ilə görüşmək üçün Moskvaya yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Saytın iddiasına görə, hava limanı yaxlnlığına toplaşan etirazçılar Paşinyanın Rusiyanın paytaxtına getməsinə mane olmağa çalışıblar.

Etirazçılardan biri bildirib ki, Ermənistan baş naziri Zvartnots hava limanına çataraq Moskvaya getməyi bacarıb. Onun sözlərinə görə, Paşinyan Moskvada hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq.

“Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - etirazçı bildirib.

Ermənistan müxalifəti erkən saatlarından hava limanına gedən yolu bağlayaraq, Paşinyana mane olmağa çalışıblar.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək. Tərəflər Qarabağ ətrafındakı vəziyyəti, həmçinin əsirlərin geri qaytarılması və nəqliyyat xətlərinin blokadadan çıxarılması məsələlərini müzakirə edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər