“Son bir ildə Ermənistanda mətbuat və söz azadlığına təzyiqlər geniş və misli görünməmiş şəkildə artıb”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hüquqşünas Robert Ayrapetyan deyib.
Onun sözlərinə görə, 2020-ci ilədək dövlət demək olar ki, tamamilə xüsusi bir rejimin təsiri altında olub və senzura darəetmə vasitəsinə çevrilib, hətta sosial şəbəkələrə də nəzarət gücləndirilib:
“Mövcud hakimiyyət dövründə hüquq-mühafizə orqanlarının əməkdaşları “Aysor.am”,” Yerevan Today”, “News of Armenia” kimi media qurumlarının redaksiyalarına baş çəkiblər və jurnalistlərin kompüterləri ələ keçirilib. Keçmişdə heç bir hakimiyyətin dövründə mətbuatın bu cür senzuraya məruz qaldığını və kobud pozuntulara yol verildiyini xatırlamıram”.
Ayrapetyan baş verənlərə görə Baş nazir Nikol Paşinyanı ittiham edib.