Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ müharibəsində öldürülən hərbçilərin cəsədlərinin gizlədildiyi Abovyan Tibb Mərkəzinə baş çəkib.
Teleqraf.com xəbər verir ki, Paşinyan mərkəzin iş şəraiti ilə tanış olub.
Ona hərbi qulluqçuların cəsədləri ilə bağlı son məlymatlar təqdim olunub. Cəsədlərin soyudulara yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Qarabağda öldürülən 200 hərbçinin cəsədinin sözügedən tibb mərkəzində gizlədildiyi məlum olub. Faktların üzə çıxması İrəvanda geniş etirazlar doğurub. Səhiyyə naziri baş verənlərə görə vətəndaşlardan üzr istəyib.