Ermənistanda daha 507 nəfər COVID-19-a yoluxub.
Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 253 600-ə çatıb. Son sutkada koronavirusdan 14 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 131-ə yüksəlib.
Koronavirusa yoluxan 236 088 nəfər sağalıb. Hazırda 11 190 pasiyent müalicə olunur.