2 Noyabr 2021 17:32
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda növbəti beş il ərzində Ümumi Daxili Məhsulun illik faiz artımı proqnozu Ermənistan-Türkiyə sərhədinin mümkün açılması nəzərə alınmadan verilib”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlament komissiyalarının birgə iclasında deyib.

Nazir əlavə edib ki, bu səbəbdən Ermənistan-Türkiyə sərhədinin açılmasının Ermənistan iqtisadiyyatına mümkün təsirindən danışmaq hələ tezdir: “Bu, o zaman mümkün olacaq ki, dövlətin və ölkə vətəndaşlarının maraqları qorunsun”.

Nazir bildirib ki, bunun (sərhədlərin açılmasının) gələn il baş verə biləcəyi istisna edilmir.


Müəllif: Nemət

Oxşar xəbərlər