İran Ermənistanda avtomobil istehsalı zavodu tikəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Ticarətin Təşviqi Təşkilatının (TPOI) rəhbəri Əlirza Payman-Pak bildirib.
İran rəsmisi bazar ertəsi ER İqtisadiyyat nazirinin müavini Narek Teryanla görüşüb. Tərəflər ticarət əlaqələrinin inkişafı, malların tranzitinin alternativ yolları, Ermənistanda İran avtomobil istehsalı xəttinin tikintisi, məişət və elektrik cihazlarının istehsalı üzrə birgə xəttin tikintisini müzakirə ediblər.
Payman-Pak bildirib ki, İran Avrasiya İqtisadi İttifaqına mal ixrac etmək məqsədi ilə Ermənistanda avtomobil istehsalı zavodu tikəcək.
Onun sözlərinə görə, Ermənistanda avtomobil istehsalı zavodunun fəaliyyətə başlaması ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcək.