23 Fevral 2023 22:12
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyinin mülki missiyası çərçivəsində Ermənistana göndərilən Fransa jandarmaları Nikol Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistanın Rusiyaya qarşı əks gedişlərinin ölkəsinə baha başa gələcəyini iddia edir:

“Avropa Birliyinin Ermənistana göndərdiyi mülki missiyasına silahlı Fransa jandarmaları da daxil edilib. Missiyanın əsas hissəsinin də fransız jandarmalarından ibarət olduğunu düşünürəm. Yəni artıq bunu “mülki missiya” adlandırmaq çətindir. Müşahidə missiyasının silahlı olacağı barədə əvvəlcədən məlumat verilməyib. Zənnimcə, Ermənistana göndərilən bu missiyanın əsas məqsədi sərhəddə müşahidə aparmaq deyil, ortada başqa niyyət var.

Görünən budur ki, Fransa jandarması Nikol Paşinyanı Rusiyanın çevriliş cəhdindən qoruyacaq. Qənaətimə görə, əsas və birbaşa məqsəd də budur. Bu baxımdan, həmin şəxslərə silahlı fransız hərbçilər kimi baxmaq daha düzgün olardı. Fransa başa düşür ki, Avropa Birliyinin bu addımını qəzəblə qarşılayan Rusiya bunu Paşinyanın onun “qırmızı xətt”ini keçməsi kimi baxır. Bu isə Rusiyanın buna görə Paşinyanı cəzalandıracağı ehtimalını artırır. Fransa və Brüssel isə bunu istəmir.

Deyə bilərik ki, öz ağasına – Rusiyaya xəyanət edən Ermənistan bölgədə Fransanın forpostu olmağa hazırlaşır. Paşinyanın bunun mümkün nəticələrini hesablayıb-hesablamadığı isə bəlli deyil, hər halda Rusiyanın buna cavabının olacağı şübhə doğurmur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər