Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Peskov bu məsələnin hələ müzakirə olunmadığını deyib.
"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.
Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.