31 Mart 2023 17:48
6 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş naziri hiyləgərdir, amma Rusiya liderini aldada bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

Ekspert Ermənistan parlamentində düşən davaya diqqət çəkib:

“Bu gün Ermənistan parlamentində dava düşüb: iki deputat - Vladimir Vardanyan və Mqer Saakyan mübahisə etmək əvəzinə, “sən kimsən?” qışqıraraq yumruq davasına çıxıblar. Qaydasız döyüşdə Vardanyan xəstəxanaya, Saakyan isə polisə aparılıb. Hazırda orada dindirilir.

Əvvəllər həmin parlamentdə Ermənistanın keçmiş müdafiə naziri, deputat (Seyran Ohanyan) siyasi rəqiblərinin üstünə şüşə butulka atmışdı. Nə yaxşı ki, heç kimi öldürməyib.

İkinci Ali Rada...”.

Polkovnik Saqatelyanın baş verənlərə görə Bakını ittiham etməsinin gülünc olduğunu söyləyib:

“Bakının əli İrəvanın mərkəzinə çatdı. Baş verən davanın “günahkar”ı Azərbaycan imiş! Deputat İşxan Saqatelyanın deyir ki, təxribat ictimaiyyətin diqqətini Azərbaycan qüvvələrinin Ermənistan ərazisində irəliləməsindən yayındırmaq məqsədi daşıyır”.

Korotçenko qeyd edib ki, parlamentdə döyülən deputat Vladimir Vardyanyan Dövlət və hüquq məsələləri komitəsinin sədridir.

Eyni zamanda, rusiyalı ekspert Ermənistan baş nazirini “hiyləgər” adlandırıb:

“Paşinyan hiyləgərdir, amma Putini aldada bilməz”.

Korotçenko Rusiya ilə münasibətləri pozub Qərbə yaxınalaşan Paşinyanın bu addımının öz hakimiyyəti üçün yaxşı heç nə vəd etmədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər