23 Aprel 2023 13:12
2 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla münasibətlərin bərpası seçkilərə hazırlaşan nə Türkiyə iqtidarı, nə də müxalifəti üçün vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Nelli Minasyan deyib.

“Ermənistan-Türkiyə münasibətlərində müəyyən proseslər gedir, amma seçkiqabağı dönəmdə bu prosesə ictimai istinad belə yoxdur, yəni müzakirə mövzusu deyil. Ümumiyyətlə, bu, (Türkiyədə) heç bir seçkiqabağı kampaniya zamanı böyük müzakirə mövzusu olmur. Çünki Türkiyə üçün çox mühüm məsələlər var. Məsələn, bu gün sosial-iqtisadi məsələlər birinci yerdədir, bir çox başqa daxili problemlər də var: kürd məsələsi, suriyalı qaçqınlar, zəlzələnin nəticələri və xarici siyasi məsələlər. Ona görə də Ermənistanla münasibətlər ən vacib məsələlərdən deyil”, - politoloq bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər