3 Oktyabr 2023 16:36
2 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın “Vətəndaş Müqavilə” fraksiyası Roma Statutunun lehinə səs verdi. Daha sadə dillə desək, Moskvaya və Rusiya Prezidenti Putinin özünə müharibə elan etdi”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Andranik Tevanyan deyib.

O da qeyd edib, Ermənistan bu ratifikasiyadan müsbət heç nə əldə etməyəcək:

“Əvəzində bu addımın bundan irəli gələn nəticələri alacaq. Rusiya ilə Qərb arasında kəskin qarşıdurma şəraitində Roma Statutunun ratifikasiyası ölkəmizi Rusiyaya qarşı həmin münaqişənin fəal iştirakçısına çevirir. Bunun nəyə gətirib çıxara biləcəyini təxmin etmək çətin deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər