6 Dekabr 2023 14:18
3 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçiriləcək toplantısına getməsə, Rusiya ilə münasibətlər pozula bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr iki ölkə arasındakı gərginliyin yüksələn xətlə davam etdiyini bildirir:

“Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının dekabrın 19-da Moskvada keçiriləcək iclasına qatılmayacaq. Ümumiyyətlə, Ermənistan nümayəndə heyəti sessiyada iştirak etməyəcək. Spikerdən əvvəl, Nikol Paşinyanın, xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi də KTMT-nin tədbirlərindən yayınıb. Ermənistan son zamanlar KTMT-yə açıq formada məhəl qoymur.

Hələlik Rusiya tərəfdən ancaq təəssüf sözləri eşidilir. Federal Şuranın komitə sədri Qriqori Karasin bildirib ki, Ermənistan nümayəndə heyətinin iştirak etməməsindən təəssüflənir.

Mahiyyət etibarilə Rusiya tərəfinin son reaksiyaları, hədsiz yumşaq mövqeyi bir məqsədə hesablanıb: Paşinyanı dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi toplantıda iştiraka razı salmaq. Rusiyadan Ermənistan tərəfinin iştirak edəcəyi ilə bağlı açıq siqnal verilərkən, hələlik İrəvandan heç bir təsdiq yoxdur. Avrasiya İqtisadi Birliyinin sessiyasında Ermənistan Rusiyadan dönəm sədrliyini almalıdır. Nikol Paşinyanın getməməsi Ermənistan-Rusiya münasibətlərini poza bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər