Gec-tez Ermənistanın himni dəyişdirilməlidir, dövlətimiz və erməni musiqisi ilə əlaqəli, himn qaydalarına uyğun olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Mənim fikrimcə, himni möhtəşəm, misilsiz və maksimum erməni musiqisi ilə əvəz etmək lazımdır, xaricdən gələn mövcud himnin dəyişdirilməsi zərurətdir.
Gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik, Ermənistan su altında qala bilməz, bu, (Nuhun tufanı – red.) bəşəriyyətin cəzası idi, şir Feysbuk smaylı kimi təsvir edilə və Ermənistanı qoruyan qılınc zəncirlənə bilməz”, - spiker bildirib.
Qeyd edək ki, Ermənistanın dövlət gerbində Türkiyəyə qarşı ərazi iddiası var. Qardaş ölkənin Ağrı dağı Ermənistanın gerbinə “simvol” kimi daxil edilib.