9 Aprel 11:16
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsində səfərdə olan Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyevi qəbul edib.

Teleqraf.com xəbər verir ki, Papoyan görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və birgə layihələrin həyata keçirilməsinin vacibliyini bildirib.

Ermənistan-Qazaxıstan işgüzar əlaqələrinin möhkəmləndirilməsi kontekstində nazir Qazaxıstan şirkətlərinin müxtəlif iqtisadi proqramlarda iştirak imkanlarının nəzərdən keçirilməsini təklif edib.

İqtisadiyyatın şaxələndirilməsi, logistika infrastrukturunun inkişafı, birbaşa uçuşların təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana planlaşdırılan səfərinə istinad edilib.

Papoyan həmçinin Şakkaliyevə Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi və onun prinsipləri barədə məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu