12 İyul 11:43
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Ermənistandakı səfirliyi ilk dəfə olaraq Qafanda (Zəngəzur) Amerikanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri keçirib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ səfiri Kristina Quin deyib.

Quin Zəngəzur qubernatoru Robert Qukasyanla görüşərək ABŞ-Ermənistan əməkdaşlığının dərinləşdirilməsinin mümkün yolları və ölkəsinin Ermənistanın suverenliyi, ərazi bütövlüyü və rifahına dəstəyini müzakirə edib.

Amerikalı səfir həmçinin Avropa Birliyinin mülki missiyası və Ermənistan-Azərbaycan sərhədindəki durumla tanış olub.

Quin Zəngəzurda daxili işlər naziri Vahe Qazaryan və qarabağlı ermənilərlə də görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər