İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayış nəticəsində yaralananların sayı 7-yə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İrəvan-Sevan yolunda baş vermiş partlayış sonucunda daha 2 zərərçəkən xəstəxanaya yerləşdirilib. Ümumilikdə 7 vətəndaş tibbi yardım üçün müraciət edib. Zərərçəkənlərdən ikisi reanimasiya şöbəsindədir, səhhəti son dərəcə ağır qiymətləndirilir, dörd zərərçəkənin vəziyyəti stabildir. Bir vətəndaş ilkin tibbi yardımdan sonra buraxılıb”, – qurum diqqətə çatdırıb.
***
Ermənistanda İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazıra əraziyə Daxili İşlər Nazirliyinin xilasediciləri cəlb olunur.