Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası erkən parlament seçkilərinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
“Siyasi kulislərdə gəzən söz-söhbətlərə görə, bu günlərdə iqtidarda olan “Vətəndaş Müqaviləsi” sıralarını gənclərlə doldurmağa başlayıb. Amma bu, təsadüfən baş vermir.
Mənbələrimizə görə, bu günlərdə bölgələrdən seçilən deputatlar şayiə yayırlar ki, yaxın vaxtlarda növbədənkənar seçkilər keçiriləcək və bütün partiya üzvləri deputat mandatına iddialı ola bilərlər”, - nəşr yazır.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir.