Baş nazir Nikol Paşinyanın dövründə Ermənistanın Rusiyadan asılılığı iki dəfə artıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Ermənistan-Rusiya münasibətləri yaxşı perspektivə malik deyil. Amma siyasi fikir ayrılıqlarına, KTMT-nin boykot edilməsinə, etirazlara və bəzi yerlərdən Rusiya qüvvələrinin çıxarılmasına baxmayaraq, Paşinyanın dövründə Rusiyanın bizim xarici ticarətdə payı iki dəfə artıb. 2017-ci illə müqayisədə indi Rusiyadan 2 dəfədən də çox asılıyıq. Yəni sən ya asılısan, ya da sadəcə özünü göstərirsən”, - keçmiş nazir bildirib.