27 Yanvar 10:16
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə “erməni soyqırımı” məsələsini gündəmdən çıxarmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

“Nikolun erməni soyqırımı (qondarma – red.) ilə bağlı açıqlaması təsadüfi deyil. O, həmişə qəbuledilməz və rədd edilə bilən ideyaları ortaya atır, sonra müzakirələr nəticəsində bunlar həyata keçən nöqteyi-nəzərə çevrilir”, - siyasətçi bildirib

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:

“Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər