17:04
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük və sərhəd nəzarəti qrupunun ABŞ-dən Ermənistana gəlişi bu və ya digər ölkə ilə hər hansı xüsusi həssas aspektlərlə yox, Ermənistanın sərhəd nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

“Ermənistan tərəfi İranla bu mövzuda müzakirə aparıb, heç bir narahatlıq ifadə olunmayıb. İran tərəfi ilə razılığa gəlməməyimiz üçün heç bir səbəb görmürəm, münasibətlərimiz görünməmiş şəkildə yüksək səviyyədədir”, - ölkə rəsmisi deyib.

Xatırladaq ki, ötən həftə ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Müqavilə çərçivəsində yaxın həftələrdə ABŞ-dən Ermənistana gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə qrupun göndəriləcəyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər