Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qanun layihəsi Ermənistan parlamentinin əsas gündəminə daxil edilib. Layihə 11-14 fevral tarixlərində keçiriləcək sessiyada müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Avropa İnteqrasiyası Komitəsi məlumat yayıb.
Komitədəki müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və komissiya üzvləri tərəfindən dəstəklənib.
Xatırladaq ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsi yanvarın 5-də hökumət tərəfindən təsdiqlənib.