Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, səfər yaxın vaxtlarda planlaşdırılır.
Ovannisyan səfərlə bağlı başqa təfərrüatları açıqlamayıb.