Xilasedicilər Abşeronda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxsi xilas ediblər.
Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə (DSXX) daxil olmuş məlumata əsasən, Abşeron rayonunda, dənizdə, "Fatmayı" sularda xilasetmə məntəqəsindən, təxminən, 500 metr məsafədə, nəzarət olunmayan ərazidə batma təhükəsi ilə üzləşmiş 1 nəfər FHN-nin "Fatmayı" sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.
/trend/