Rusiyanın Ryazan vilayətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə kütləvi informasiya vasitələrinə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib. Məlumata əsasən baş verən qəzada 4 nəfər ölüb.
Araşdırmalar zamanı ölənlərin dördünün də erməni olduğu məlum olub.
Belə ki, pilot 1958-ci il təvəllüdlü Eduard Rustamyan, onun sərnişinləri 1968-ci il təvəllüdlü Valeri Baranov, 1981-ci il təvəllüdlü Karen Aruturyan olub. Ölən digər erməninin kimliyi məlum deyil.
Qəzanın baş verməsinin səbəbləri araşdırılır.
/ans press/