14 İyul 2014 16:36
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Novosibirsk şəhərində temperaturun qəflətən 40 dərəcədən 20 dərəcəyədək enməsi şənbə günü hava şəraitinin kəskin dəyişməsinə səbəb olub.
Hadisə şahidi şəhər çimərliyinə yağan güclü dolunu mobil telefonun kamerasına çəkib. İstirahət edənlər təhlükəli istirahət zonasını sürətlə tərk etməyə başlasalar da, hamının bəxti gətirməyib - xüsusilə bu zaman suda olanlar əziyyət çəkiblər.
Zərərçəkənlər barədə məlumat verilməsə də, təbii fəlakətin ətrafdakı regionlara da təsir etdiyi bildirilir.
Belə ki, Novosibirsk vilayətində güclü küləyin aşırdığı ağac üç yaşlı əkiz qız uşaqlarını öldürüb.
/oxu.az/

Müəllif:

Oxşar xəbərlər